Əsl futbolçu elə belə olmalıdı – qol dəlisi, qol aşiqi, qarşına çıxan zəif rəqibə “yoluq cücə” kimi baxan qəddar topçu.
Kilian Mbappe belələrindəndi, oyundan əvvəl də demişdi ki, Azərbaycanla oyunda Olivye Jirunun qol rekordunu yeniləməyə çalışacam. Arzusu gözündə qaldı! Hərçənd belə demək də insafsızlıqdı. Qol vurdu, məhsuldar ötürmə verdi, Elvin Bədəlovla iki kəlmə kəsdi və getdi.
İndi belə məlum olur ki, İslandiya ilə oyunu buraxacaq, Jiruya yaxınlaşmaq yolunda növbəti addımı ata bilməyəcək. Ona görə ki, kapitan sağ topuğundakı zədəni yeniləyib. Bizə qarşı da oynamazdın da, nə olmuşdu ki?!
ORXAN