Mateo Skariolonun yerini tutdu

6.10.2025 19:47 16
İdman
Xesus Mateo İspaniyanın kişilərdən ibarət basketbol yığmasının “sükanı arxasına” keçib.

"Football-plus.az" xəbər verir ki, yerli basketbol qurumu onunla 4 illik müqavilə bağlayıb. Mateo yığmaya iki fərqli dönəmdə (2009-12 və 2015-25-ci illər aralığında) rəhbərlik edən Serco Skarilolonun yerini tutub.

İspaniya yığması Skariolonun rəhbərliyi altında dörd dəfə (2009, 2011, 2015, 2022) Avropa çempionu olub, 2019-cu ildə dünya çempionluğunu bayram edib, həmçinin Olimpiada-2012-nin gümüş, Olimpiada-2016-nın bürünc medalını qazanıb.

Mateo isə son 11 ildə “Real”da çalışıb – 8 il baş məşqçinin yardımçısı, Pablo Laso bu vəzifədən gedəndən sonra baş məşqçi kimi. Madrid nəhəngi onun rəhbərliyi altında 2023-də Avroliqanın qalibi, 2024, 2025-ci illərdə İspaniya çempionu olub.

Maraqlıdı ki, Skariolo bundan sonra məhz “Real”ı çalışdıracaq.