Voleybol millimiz də Rusiyaya uduzdu - 3-cü MDB Oyunları

4.10.2025 21:38 7
İdman
Bu gün 3-cü MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında növbəti oyunlar keçirilib.

"Football-plus.az" xəbər verir ki, günün ilk qarşılaşması Belarus və Özbəkistan yığma komandaları arasında baş tutub. Görüş Belarus millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca meydançaya Azərbaycan və Rusiya yığma komandaları çıxıblar. Bu qarşılaşmada isə 3:0 hesabı ilə Rusiya yığması qalib gəlib.

Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 6-da Belarus millisinə qarşı keçirəcək.