Bu gün Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.
"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə yığmamızın altı idmançısı tatami üzərinə çıxıb.
Nihad Məmişov və Fərid Qarayev (hər ikisi – 60 kq), Məmməd Musayev və Nizami İmranov (hər ikisi – 66 kq), həmçinin Aydan Vəliyeva və Xədicə Qədəşova (hər ikisi – 52 kq) mübarizəyə qoşulub..
Fərid Qarayev və Nizami İmranov ilk görüşlərində qələbə qazanıblar, Xədicə Qədəşova isə rəqibinə uduzub.
Turnir oktyabrın 7-dək davam edəcək.