“Denver”in mərkəz oyunçusu Nikola Yokiç ekspertlərin versiyasına görə MBA-nın ən yaxşı oyunçusudu.
"Football:plus.az" xəbər verir ki, ESPN məşqçilər, skautlar və liqada mübarizə aparan klubların rəhbərləri arasında sorğu keçirib.
Onların fikrincə, 30 yaşlı serb ulduz MBA-nın ən yaxşı oyunçusu və mövsümün MVP-si olmağa əsas namizəddi. 2-ci pillədə “Oklahoma-Siti”dən Şey Gilces-Aleksander, 3-cü pillədə isə “Leykers”dən Luka Donçiç qərarlaşıb.
Yokiç 2024/25 mövsümündə keçirdiyi 70 oyunda orta hesabla 29,6 xal toplayıb, 12,8 ribaund edib və 10,2 məhsuldar ötürmə verib.