Aleksander-Arnoldun son vəziyyəti ilə bağlı növbəti xəbər

3.10.2025 20:26 5
Dünya futbolu
Tent Aleksander-Arnoldun son vəziyyəti ilə bağlı növbəti xəbər yayılıb.

“Real”ın zədəli müdafiəçisinin yaşıl meydana nə vaxt qayıdacağı müəyyənləşib. İngilis futbolçu Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunun “Marsel”lə sentyabrın 16-da keçirilən oyununda (2:1) sıradan çıxmışdı.

Trentin yaşıl meydana La Liqanın oktyabrın 19-da keçiriləcək “Xetafe” ilə oyununda çıxa biləcəyi gözlənilir. O, bü mövsüm komandada 4 oyun keçirib.