• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionluğa iddialılar Binədə, autsayderlər Şamaxıda çarpışacaq - YENİLƏNİR

Ölkə futbolu / Manşet

1-10-2025, 13:0

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 4-cü tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, üç gün ərzində keçiriləcək oyunlar PFL-in “1-ci liqa//2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.

İlk oyunda “Şahdağ Qusar” “Mingəçevir”i qəbul edəcək. Məlum olduğu kimi, Qusar təmsilçisi hələ çempionatda möhkəmlənməkdə, rəqiblərinə “dişini göstərməkdə” çətinlik çəkir. Bu üzdən ortabablar sırasında qərarlaşan komanda istəyinə nail olmaq üçün çempionluğa iddialı “Mingəçevir”dən azı bir xal qoparmalıdı. O başqa məsələ ki, “nur şəhəri”nin təmsilçisinin buna imkan verəcəyini proqnozlaşdırmaq məntiqəuyğun deyil. Azı ona görə ki, xal itkisi qələbələri sıralayan “Şəfa” və “Səbail” üçün göydəndüşmə fürsət olacaq. Belədə onsuz da ilk turda “dənizçilər”ə uduzan “Mingəçevir”in işi bir qədər də çətinləşəcək.

Bayıl təmsilçisi bu turda autsayderlər sırasında qərarlaşan “Şimal”ın qonağı olacaq. Əlbəttə, “Səbail”in bu oyunda asanlıqla qalib gələcəyini iddia edə bilmərik. Ancaq favorit məhz qonaqlardı. Bəli, xaçmazlıların heç-heçə üçün tər tökəcəyini demək mümkündü. Ancaq “dənizçilər” mövsümdə ilk qələbəsini qazana bilməyən kollektivin sürpriz edə bilmək ehtimalını da nəzərə almalı, necə deyərlər, ayıq-sayıq olmalıdı. Bu baxımdan, həm “Mingəçevir”in, həm də “Səbail”in işi asan deyil. Elə “Zaqatala”nın da. Düzdü, bölgə təmsilçisi ötən həftə MOİK-i yenməklə zəif bənd olmadığını göstərdi. Ancaq budəfəki rəqib mövsümün hələ uduzmayan kollektivlərindən biri olan “Baku Sportinq”di. Buzovnalılar ilk “üçlük”də qərarlaşmaqla yanaşı, uğurlu seriya əldə edib. Odu ki, mövqelərini qorumağa çalışacaqlarına şübhə yoxdu.

Turun növbəti matçında “Şəfa” evdə MOİK-lə qarşılaşacaq. Əlbəttə, paytaxt təmsilçisinin yeganə amalı birinci pillədəki yerini qorumaq olacaq. Kollektiv çempionluq hədəfinə çatmaq niyyətində olduğundan mümkün olduğu qədər xal itkisindən qaçmalıdı. İş ondadı ki, “hərbçilər”in də məqsədi eynidi. Bu üzdən, Binədə keçiriləcək görüşün yetərincə gərgin və baxımlı alınacağını proqnozlaşdıra bilərik.

Tura “Cəbrayıl” – “Difai” oyunuyla yekun vurulacaq. Bu o deməkdi ki, Şamaxıda hələ mövsümdə qələbə qazana bilməyən komandaların duelinə şahidlik edəcəyik. Autsayderlər bu matçda bir-birinə güc gəlməklə uğursuz seriyanın qırılmasına səy göstərəcək. Hər halda, bu komandaların sonuncu pillələrdə rahat olmağa ixtiyarı yoxdu. Bəs, məqsədə kim çatacaq? Ağsu təmsilçisinin indiyə qədər daha inamlı oyunlarla yadda qaldığı bəllidi. Ancaq “Cəbrayıl”ın 10-cu sıradan yaxa qurtara bilməsi də sürpriz sayılmayacaq.

1 oktyabr
Şahdağ Qusar – Mingəçevir

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

2 oktyabr
Şimal – Səbail

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu.

Zaqatala – Baku Sportinq
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

Şəfa – MOİK
Binə, qəsəbə stadionu. Saat 15.00.

3 oktyabr
Cəbrayıl – Difai

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

Xal durumu: Şəfa, Səbail – 9, Baku Sportinq – 7, Mingəçevir, Zaqatala – 6, Şahdağ Qusar – 3, MOİK, Difai, Şimal – 1, Cəbrayıl – 0.

Bombardirlər: Ruslan Vorontsov (Şahdağ Qusar), Emin Zamanov (Şəfa) – 3.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

25-09-2025, 22:0

“Baku Sportinq” darmadağın etdi - YENİLƏNİB

Ölkə futbolu / Manşet

24-09-2025, 20:0

“Şəfa”, “Mingəçevir” və “Səbail” qələbə qazandı - YENİLƏNİB

Aktual / Ölkə futbolu

28-08-2025, 10:0

Çempionluğa iddialıların sayı çoxdu - 1-ci liqa yenə də maraqlı olacaq

Ölkə futbolu / Aktual

4-05-2025, 15:0

"Şəfa" - "Şahdağ Qusar" matçını komandaların "tanış"ı idarə edəcək

1-ci liqa / Manşet

15-05-2024, 19:0

“Karvan” və “Zaqatala”dan qələbə, Şamaxıda bərabərlik - YENİLƏNİB

1-ci liqa / Manşet

6-03-2024, 16:0

Binədə 10 qol - YENİLƏNİB

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə