Bolqarıstan yığmasının yeni baş məşqçisi məlum olub.
Bu barədə Bolqarıstan Futbol İttifaqı məlumat yayıb. Milli komandanı bundan sonra Aleksandar Dimitrov çalışdıracaq. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Dimitrov bu vəzifədə İlian İliyevi əvəzləyib.
Qeyd edək ki, bolqarıstanlı mütəxəssis buna qədər ölkəsinin U-21 yığmasını çalışdırırdı.