"Sabah" Litvada "Jalgiris"ə məğlub oldu

2.09.2025 22:09 26
İdman
Litvada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, komandanın rəqibi yerli çempion - ölkəni Avroliqada təmsil edən Kaunasın "Jalgiris" klubu olub. Görüş litvalıların 75:58 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “Sabah” Litva toplanışında ilk yoldaşlıq görüşündə yerli “Nevezis”ə 102:82 hesabı ilə qalib gəlib. Komanda qarşıdan gələn mövsümə optimal hazırlaşmaq üçün bir sıra yoldaşlıq oyunları keçirəcək.