"Araz-Naxçıvan"ın futbolçusu "Səbail"də - rəsmi

1.09.2025 15:34
Ölkə futbolu
“Səbail” daha bir futbolçunu heyətinə cəlb edib.

"Football-plus.az" xəbər verir ki, “Araz-Naxçıvan”ın futbolçusu Turan Vəlizadə icarəyə götürülüb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “dənizçilər”in uğurları üçün çalışacaq.

Turan daha əvvəl “Turan Tovuz” və “Neftçi”də də çıxış edib.