Gözlənilən transfer reallaşdı

26.08.2025 18:51 11
Dünya futbolu
“Arsenal” rəhbərliyi gözlənilən transferi reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, London klubu “Kristal Pelas”dan yarımmüdafiəçi Ebereçi Ezeni heyətinə qatıb.

“Topçular”ın rəsmi məlumatında Ebereçinin “10” nömrəli formanı geyəcəyi və “Lids”lə oyundan sonra yeni komandasına qoşulacağı qeyd olunub.

Eze “Kristal Pelas”da 2020-ci ildən çıxış edirdi. 27 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 43 oyunda çıxış edərək 14 qol vurub və 11 məhsuldar ötürmə verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul