“Sabah”ın Konfrans Liqasındakı rəqibi

18.07.2025 01:52 18
Avrokuboklar / Avropa Liqası
Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə (Sloveniya) uduzan (2:3, 3:3) “Sabah” mübarizəni Konfrans Liqasında davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, komanda 2-ci təsnifat mərhələsində Moldova təmsilçisi “Petrokub”la qarşılaşacaq.

Konfrans Liqanın 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə "Birkirkara"ya uduzan (0:1) "Petrokub" cavab matçında Malta təmsilçisinə 3:0 hesabı ilə qalib gələrək 2-ci tura yüksəlib.

"Sabah"la "Petrokub" arasında ilk oyun iyulun 24-də Moldovada, cavab matçı isə iyulun 31-də Bakıda keçiriləcək.

Qeyd edək ki, "Petrokub" ötən mövsüm Moldova çempionatını 3-cü pillədə başa vurub.