Davud Namazlı Praqada "gümüş" qazandı

7.07.2025 07:59 14
İdman
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa kuboku başa çatıb.

"Football-plus.az" xəbər verir ki, yarışın ikinci - sonuncu günündə milli komandamızın bir üzvü fəxri kürsüyə yüksəlib.

100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.