Cüdoçumuz gümüş medal qazandı - Avropa Kuboku

6.07.2025 23:23 4
İdman
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

"Football-plus.az" xəbər verir ki, yarışın sonuncu günündə millimizin üzvü Davud Namazlı (100 kq) gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.