Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı

23.07.2022 20:31 290
İdman
Çexiyanın paytaxtı Praqa şəhərində baş tutan gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günün görüşləri başa çatıb.

"Football-plus.az" xəbər verir ki, -66 kq. çəki dərəcəsində Azərbaycanı təmsil edən gənclərdən ibarət milli yığma komandamızın üzvü Samir Piriyev gümüş medala sahiblənərək turnirin ikincisi olub.

Qeyd edək ki, Samir Piriyev finalda israilli idmançı Eran Fiksə məğlub olub.