"Gəncə"də kolumbiyalı məşqçi

27.06.2025 16:55 235
İdman
"Gəncə" voleybol klubu yeni mövsüm üçün çalışmaları davam etdirir.

"Football-plus.az" xəbər verir ki, komanda kolumbiyalı statist Marta Karrillo ilə müqavilə imzalayıb.

İdmanın voleybol növü üzrə ixtisaslaşmış magistr təhsilinə malik mütəxəssis, həmçinin FIVB Level II (Beynəlxalq Voleybol Federasiyası 2-ci səviyyə) sertifikatlı məşqçidi.

Qeyd edək ki, Karrillo statist kimi ötən mövsümü Kolumbiyanın "Club Life Volley" komandasında keçirib. O, Perunun "Alianza Lima" və Kolumbiyanın "Bogota State Team" komandalarında da çalışıb. Mütəxəssis 2020-2022-ci illərdə Meksika milli komandasında statist vəzifəsini yerinə yetirib.