Bu gün Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib.
"Football-plus.az" xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyası (FIVB) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutan FIVB-nin Level 2 seminarı sentyabrın 15-dək davam edəcək. Burada yerli və xarici mütəxəssislər iştirak edəcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminara rəhbərliyi türkiyəli Cengiz Akarçeşmə edir, onun asistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatı almış, çimərlik voleybolu üzrə məşqçi olan Nihad Tanriverdiyevdi. Seminar nəzəriyyə və təcrübədən ibarətdi. Seminarın son günü imtahan təşkil ediləcək və bu mərhələni uğurla keçəcək mütəxəssislərə FIVB-nin Level 2 dərəcəli beynəlxalq sertifikatı veriləcək.
Nəzərinizə çatdıraq ki, 3-7 iyul tarixlərində Bakıda FIVB-nin Level 1 seminarı keçirilmişdi. Cari ilin noyabr ayında isə ölkəmizdə FIVB Level 3 beynəlxalq seminarının keçirilməsi nəzərdə tutulub.