"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Akim Zedadka ilə 2 illik müqaviləni rəsmiləşdirib.
O, karyerası ərzində Fransanın "İstr" (2014-15), "Lans" (2016-17), "Sen-Remuaz" (2017-18), "Marinyan" (2018-19), "Klermon" (2019-22), "Lill" (2022-25), "Oser" (2022-23), İspaniyanın "Saraqosa" (2024) və Polşanın "Pyast" (2025) klublarında oynayıb.
Zedadka "Sabah"da 80 nömrəli formada çıxış edəcək.