Yerli bazarı cəlbedici edən nədi?

5.06.2025 22:57 47
Aktual / Ölkə futbolu
Son illər bir neçə klub transfer siyasətində əsasən yerli bazara üstünlük verir.

“Zirə” də bu yolla gedən komandalardandı. Klub ölkə çempionatında çıxış edən, premyer-liqa mühitinə uyğunlaşmış futbolçuları heyətinə qatmaqla qısa və risksiz yol seçir. “Şamaxı”nın yarımmüdafiəçisi Brahim Konate ilə anlaşmaları da bu strategiyanın davamıdı.

Bəs belə yanaşma “Zirə”yə avrokuboklarda rəqabətədavamlı olmaq üçün kifayət edəcəkmi?

Bu sualı təcrübəli mütəxəssis Azər Məmmədova ünvanladıq:
“Ölkə çempionatında çıxış edən futbolçuları “Araz-Naxçıvan” da heyətinə cəlb edir. Onlar da bu transfer siyasətini tətbiq ediblər və fikrimcə, belə yanaşma uğurlu alınıb. Düşünürəm ki, bu siyasətin müsbət nəticələrini görəcəklər. “Zirə” də ölkə çempionatında bu yanaşmadan fayda gördü. Düzdü, hazırda çempionatımızın səviyyəsi aşağıdı. Amma Rəşad Sadıqov bu siyasətin avrokuboklarda da faydalı ola biləcəyini hesab edərək belə addım ata bilər. Reallıq da göstərir ki, bu, uğurlu düşüncədi. “Qarabağ” da ölkə daxilində özünü yaxşı tərəfdən göstərən futbolçuları heyətinə cəlb edib”.
ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul