• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sabitlik kimə sərf etmir? - KÖŞƏ

Manşet / Yazarlar

2-06-2025, 19:0

Yeni mövsümdən premyer-liqada çıxış edəcək “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlovun müsahibəsini oxuyuram.

Portuqaliyalı mütəxəssislə danışıq apardıqlarını, komandanı əcnəbi çalışdırıcıya tapşırmaq fikrində olduqlarını gizlətməyib. Sitat:

“Baş məşqçi postuna əsas namizəd portuqaliyalı Kriştiano Souzadı. Son turda “Difai” ilə oyunumuzu canlı izlədi. Onunla ilkin danışıq olub, amma hələ yekun razılaşma yoxdu. Möhlət istəyib, cavabını gözləyirik”.

Bəzən Azərbaycan futbolunda başverənlərə, futbolumuzu idarə edənlərin bu idman növünə olan baxışlarına, işlərinə yanaşmasına çox təəccüblənirəm. Onları anlamağa çətinlik çəkirəm.

“İmişli” rəhbərliyinin baş məşqçi postuna gətirməyi arzuladığı Kriştiano Souzanın son klubu Çexiyanın 3-cü liqa təmsilçisi “Znojmo” olub. 3-cü liqa klubunda çalışan, fövqaladə hansısa istedada, uğura malik olmayan birinin, çox güman, qaşına-gözünə aşiq olublar. Başqa nə ola bilər?! Bu adam hansı istedadına görə “İmişli” rəhbərliyinin diqqətini cəlb edib? Azərbaycan premyer-liqasına bu il vəsiqə qazanan bir klubun görəcəyi iş çoxdu. İnfrastrukturu qaydaya salmaq lazımdı. “İmişli”nin ev oyunlarını doğma meydanda keçirmək üçün normal stadionu yoxdu. Növbəti mövsüm komandanın harda məskunlaşacağı hələ cavabını gözləyən açıq sualdı.

Hamı əlinə dəsmal götürüb, dövlətin premyer-liqa klublarına ayırdığı 3 milyon manatdan 500 min kəsilməsinə görə ağlayır, amma bizim klubların rəhbərləri olan-qalan pulun faydalı işlərə sərf olunmasını yox, əcnəbilərlə birlikdə həzm-rabedən keçirməyin yollarını axtarır.

Yerlilərə bu qədər inamsızlığın səbəbini heç kim bilmir. Tərlan Əhmədov illərdi işsizdi. Halbuki adam harda çalışıbsa, müəyyən uğurlar qazanıb, məhdud imkanlarla böyük işlər görüb. “Neftçi” turnir cədvəlinin son pillələrində idi, Tərlan bəy gəldi və “ağ-qaralar”la avrokuboklara vəsiqə qazandı. “Neftçi” rəhbərliyi neynədi? Adama qazandığı vəsiqənin sevincini doyunca yaşamaq, bu məsuliyyəti sona qədər daşımaq imkanı vermədilər. Mövsüm bitən kimi tələm-tələsik Əhmədovu istefaya göndərdilər. Səbəbini özlərindən başqa heç kim bilmir. Maraqlıdı ki, Tərlan bəy oxşar taleyi “Kəpəz”də də yaşadı. Gəncə təmsilçini çətin məqamda qəbul edən Əhmədov “sarı-göylər”i elitada saxlamağa bacarsa da, “Neftçi”dəki taleyi yenidən yaşadı. Onun başına gətirələnlərdən sonra nə “Neftçi” ağ günə çıxıb, nə də “Kəpəz”. Çünki mayasında halallıq olmayan işdə uğur qazanmaq mümkün deyil.

Həmin ssenari davam edir. Vaqif Cavadov Samir Abasovun qəfil tərk etdiyi “Sumqayıt”ı çətin vəziyyətdə qəbul etdi, pis-yaxşı nəticələr qazandı, mövsümün sonunda komanda 8-ci yeri tutdu. Ona da gələn mövsüm işləməyə imkan vermədilər. Mövsümün gedişində bağlanmış müqavilə də lazımsız kağız parçasına çevrildi. Mən başa düşə bilmirəm ki, 8-ci yeri tutmaqla 6-cı, yaxud 5-ci olmaq arasında nə fərq var? Nə üçün o yerləri tutan məşqçilərin işi uğurlu sayılır, amma Vaqif Cavadovla Azər Bağırov istefaya göndərilir?! Futbolun inkişafı, futbolçu yetişdirmək heç kimin vecinə deyil. Çoxları tez-tez məşqçi və oyunçuları dəyişmək, bundan da qaz vurub, qazan doldurmaq üçün növbəyə durublar. Əks halda belə davranmazdılar.

“İmişli” rəhbərliyi də bunları görüb, özünə o yolu seçib. Halbuki ortada “Qarabağ”la “Zirə”nin nümunəsi var. Hər iki klub sabit inkişaf edir, iki yerli məşqçiyə etimad göstərib, onların arxasında dayanıb. Bunun da faydasını təkcə özləri yox, bütövlükdə Azərbaycan futbolu görür.

Belə çıxır ki, sabitlik heç də hamıya sərf etmir. Çox təəssüf!

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

27-05-2025, 23:0

“İmişli” hara, portuqaliyalı məşqçi hara?!

Ölkə futbolu / Manşet

1-06-2025, 16:0

Portuqaliyalı məşqçi, 20 min avro maaş və Fərid Namazovun taleyi... - Aqşin Mürsəlov bunlardan danışdı

Aktual / Ölkə futbolu

28-09-2023, 16:0

“İmişli” öz stadionuna nə vaxt dönəcək?

Aktual / Ölkə futbolu

4-11-2024, 15:0

Yığmanın çalışdırıcısı “İmişli”yə gedir? – klub rəsmisi açıqladı

Aktual / Ölkə futbolu

22-07-2023, 17:0

"İmişli" rəsmisi Əsgər Abdullayevin qarşısına qoyulan hədəfləri açıqladı

1-ci liqa / Manşet

17-07-2023, 22:0

Əsgər Abdullayev “İmişli”nin baş məşqçi postuna namizəddi

Aktual
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Son xəbərlər
  • Bu gün, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Bu gün, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Bu gün, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Bu gün, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
Daha çox
Oxunub: 289
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə