Millimizin üzvləri Şəhidlər Xiyabanını ziyarət etdi

1.06.2025 17:25 9
Ölkə futbolu
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimizin üzvləri 2-ci Şəhidlər Xiyabanını ziyarət ediblər.

"Football-plus.az" xəbər verir ki, komanda üzvləri torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna ehtiramlarını bildirib, məzarları üstünə gül dəstələri qoyublar.