Yığmamız final matçına çıxır - DÇ

1.06.2025 10:30 14
İdman
Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

“Football-plus.az” xəbər verir ki, turnirin finalında Azərbaycan yığması meydana çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.

Bu gün həmçinin üçüncü yer uğrunda oyun baş tutacaq. Serbiya və Monteneqro milliləri münasibətlərə aydınlıq gətirəcək.

Dünya çempionatı
1 iyun
3-cü yer uğrunda oyun

18.00. Monteneqro - Serbiya

Final
20.00. Azərbaycan - Macarıstan

Qeyd edək ki, hər iki qarşılaşma Milli Gimnastika Arenasında reallaşacaq.