La Liqada namizədlər müəyyənləşdi

27.05.2025 23:52 8
Dünya futbolu
İspaniya La Liqasında mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.

Futbol qurumunun mətbuat xidmətinin məlumatına görə, mükafat uğrunda 7 mütəxəssis mübarizə aparır.

Onlar Hans-Diter Flik (Barselona), Ernesto Valverde (Atletik), Miçel Sançes (Jirona), Dieqo Simeone (Atletiko), Pepe Bordalas (Xetafe), Manuel Pelleqrini (Betis) və Manolo Qonsalesdi (Espanyol).

La Liqada 2024/25 mövsümünün çempionu “Barselona” olub. “Real” 2-ci, “Atletiko” 3-cü yeri tutub.