"Qaradağ Lökbatan" baş məşqçisiylə müqaviləni uzatdı

9.07.2024 12:30 337
Ölkə futbolu
“Qaradağ Lökbatan”da baş məşqçi Azər Həşimovla müqavilə uzadılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə 1-ci Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis 2024/25 mövsümündə də komandaya rəhbərlik edəcək.

“Qaradağ Lökbatan” ötən mövsümü 27 turdan sonra 54 xalla 2-ci pillədə başa vurub.