• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbail” getdi, son iki tur formallığa çevrildi - ŞƏRH

Aktual / Ölkə futbolu

16-05-2025, 21:0

32-ci turda çempion, 33-cü turda 2-ci yerin sahibi bəlli olmuşdu.

Hadisələrin məntiqi axarına əsaslansaq, 34-cü turda da 3-4-cü yerlərin sahibləri bilinməliydi. Bunun üçün sadəcə, “Araz-Naxçıvan”la “Turan Tovuz”un xal qazanması lazım idi. Amma ikisi də uduzdu, bu üzdən son iki tur üçün kiçik intriqa qaldı. Təbii ki, naxçıvanlılar son turlarda ən azı 1 xal qazanacaq, təbii ki, tovuzlular da 4-cü yeri “Sabah”a verməyəcək. Yenə də son iki turun nəticələrini gözləməliyik.

Turun ilk oyununda “Sabah” inamlı qələbə qazandı. Bu gün nə “bayquşlar”ın hansısa motivasiyası var, nə də “Şamaxı”nın. Amma Vasili Berezutski bütün oyunlara kubokun baş məşqçi, futbolçularını formada saxlamaq vasitəsi kimi baxmağa məcburdu. “Şirlər”lə qarşılaşma bu mənada vəziyyətin heç də pis olmadığını göstərdi.

“Zirə” yenə üslubuna sadiq qaldı. “Qartallar” rahatca “Səbail”i məğlub etməklə 1-ci liqaya göndərdi. Əslində “dənizçilər”in elitada qala bilməyəcəyi çoxdan – hələ Cavid Hüseynov “üsyan bayrağı açıb” gedəndə bəlli idi. Mayın 10-da çoxdan gözlənilən qətl reallaşdı. “Səbail” 2017/18 mövsümündən daimi sakini olduğu elita ilə vidalaşdı. Təbii, 1-ci liqaya yuvarlanmaq dünyanın sonu deyil. Axı klubun müəyyən infrastrukturu, maliyyə gücü var. “Keçmiş olsun” deyib, elitaya dönmək üçün işə başlamaq lazımdı.

Şənbənin digər oyununda “Turan Tovuz” evdə “Neftçi”yə uduzdu. Nə qədər inandırıcı olmasa da, bəlkə də bu qələbə “ağ-qara” camiəyə müəyyən inam, güvən bəxş edəcək. Tovuzluların işi isə Allaha qalıb, daha doğrusu, onların “Qarabağ”ın kuboku qazanması üçün dua etməkdən başqa yolu yoxdu. Açıq-aşkar görünür ki, komanda 4-cü yerlə barışıb, özünəməxsus psixoloji böhran, doymuşluq kompleksi yaşayır. Məhz belə məqamlarda baş məşqçinin bacarığı önə çıxmalıdı. Düzünə qalsa, biz Kurban Berdıyevdən lazımi canfəşanlığı görmürük.

Bazar günü turnir cədvəlinin aşağı hissəsində yerdəyişmə baş verdi. “Kəpəz” qalmaqalla bitən oyunda “Sumqayıt”ı məğlub etməklə bir pillə irəlilədi. Necə deyərlər, yeni sponsorun gəlişi düşərli oldu. “Sumqayıt” isə elitada qalacağı bəlli olandan sonra mövsümü yola verməklə məşğul idi. Odu ki, yetirmələrini yeni uğurlara səsləyə bilməyən Vaqif Cavadovun istefaya göndərilməsi təəccüb doğurmadı.

“Qarabağ”la “Araz-Naxçıvan”ın duelləri ətrafında müəyyən prinsipiallıq yaranmışdısa da, rüşeym mərhələsində boğuldu. Niyə belə deyirik? Çünki heç bir turnir hədəfi qalmayan ağdamlılar “qırmızı-ağlar”ı oynaya-gülə, heç bir şans vermədən məğlub etdi. Bir qədər əvvəl “Turan Tovuz” haqda işlətdiyimiz ifadələri “Araz-Naxçıvan”a da aid etmək istəyirik. Komanda artıq bu mövsüm üçün işini bitmiş sayır, nəticəyə zərrəcə önəm vermir, sanki nəyisə gözləyir. Gözlənilən avrokubok sınağı ərəfəsində heç də yaxşı əlamət deyil.

Misli premyer-liqası
4-cü dövrə, 34-cü tur 
9 may 
Sabah - Şamaxı 3:1
10 may 
Səbail - Zirə 0:1
Turan Tovuz - Neftçi 1:2
11 may
Kəpəz - Sumqayıt 1:0
Qarabağ - Araz-Naxçıvan 2:0


1. Qarabağ 34 26 5 3 82-19 83
2. Zirə 34 22 4 8 57-26 70
3. Araz-Naxçıvan 34 14 13 7 33-28 55
4. Turan Tovuz 34 12 13 9 40-39 49 
5. Sabah 34 9 17 8 48-45 44
6. Neftçi 34 9 13 12 36-48 40 
7. Şamaxı 34 9 9 16 32-44 36
8. Kəpəz 34 8 8 18 28-58 32
9. Sumqayıt 34 8 6 20 27-51 30
10. Kəpəz 34 4 10 20 27-52 22

Bombardirlər: Leandro Andrade (Qarabağ) - 14, Salifu Suma (Zirə) – 12, Davit Volkov (Zirə) - 11, Cesse Sekidika (Sabah) - 10.

Növbəti turun oyunları mayın 17-18-də keçiriləcək: “Sumqayıt” - “Turan Tovuz”, “Zirə” - “Sabah”, “Şamaxı” - “Araz-Naxçıvan”, “Neftçi” - “Səbail”, “Qarabağ” - “Kəpəz”.

ƏSƏD SEYİDOV

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

9-05-2025, 17:0

Çempion da bəllidi, 2-ci yeri tutan da, bircə 3-cü yerin sahibi qaldı - ŞƏRH

Ölkə futbolu

20-08-2024, 15:0

AFFA-nın liqalarında mövsümün püşkü atıldı

Premyer-liqa

5-10-2024, 18:0

Lider dəyişdi, məhsuldarlıq yenə artdı - ŞƏRH

Premyer-liqa / Manşet

8-05-2024, 22:0

SOS siqnalı: “Neftçi” avrokuboklardan kənarda qala bilər

Aktual / Ölkə futbolu

13-05-2025, 21:0

“Turan Tovuz” 4-cü yeri də əldən verəcək?

Ölkə futbolu

14-10-2024, 00:0

Dövrə bitdi, Roman Qriqorçuk getdi - ŞƏRH

Aktual
“Ədalətli nəticə heç-heçə idi” – 5 aydan sonra uduzan baş məşqçi
“Neftçi” 4 min bilet satdı! - anşlaq olacaq?
"Emrelidən bütün potensialını ortaya qoymağə tələb edirəm" - Mahir bu gün qol vuracaqmı?
Son dəqiqə: Əliyar Ağayevlə Nicat İsmayıllı artıq Bakıdadı!
Zuddasın hərəkətinə görə “Sabah” bəyanat yayacaq?
“Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!
Son xəbərlər
  • Bu gün, 14:40
    “Ədalətli nəticə heç-heçə idi” – 5 aydan sonra uduzan baş məşqçi
  • Bu gün, 14:19
    Türkiyənin bu klubunda mövsüm ərzində 4-cü istefa və 5-ci təyinat baş tutdu!
  • Bu gün, 13:58
    "Şamaxı" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 13:27
    TFF yeni mövsümün başlama tarixini açıqladı və kubokun formatını dəyişdi
  • Bu gün, 12:56
    Cəlalın komandası uduzdu, özü "sarı" aldı
  • Bu gün, 12:35
    Arda Gülər bu göstəricidə ''Real''da hamıdan üstündü
  • Bu gün, 12:14
    Cüdoçumuz Türkiyədə bürünc medal qazandı
  • Bu gün, 12:00
    "Şamaxı" "İmişli"yə, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR
  • Bu gün, 11:58
    “Neftçi” 4 min bilet satdı! - anşlaq olacaq?
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' sərt üzünü öz azarkeşlərinə göstərdi
  • Bu gün, 11:23
    “Qarabağ”dan uğur tələb etməyə haqqınız çatmır! – səs-küylü monitorlar, boş tribunalar...
  • Bu gün, 10:52
    Levandovski indiki akademiyaların iş prinsipini tənqid etdi
  • Bu gün, 10:31
    ''Liverpul''un məşqçisi İstanbuldakı atmosferdən ağız dolusu danışdı
  • Bu gün, 10:00
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 01:49
    "Kayzerslautern" uduzdu, bəs Mahir nə etdi?
  • Dünən, 23:53
    "Qarabağ"dan xanım azarkeşlər üçün jest
  • Dünən, 23:32
    Rusiya futbolu qalmaqallı hakimliklə bir yerdə qayıtdı - İCMAL
  • Dünən, 23:01
    “Klubdan həm də buna görə ayrıldım” – “Şəfa”nın sabiq prezidenti bilinməyən məqamları “Futbol+”ə dedi!
  • Dünən, 22:40
    Ronaldo sıraya nə vaxt dönəcək?
  • Dünən, 22:19
    Ağır cəzadan qaça bilmədi
  • Dünən, 21:58
    "Bizi səhv etməyə məcbur etdilər" - Siyasət Əsgərov
  • Dünən, 21:27
    Yaşıl meydana qayıtmağa yaxındı
  • Dünən, 20:56
    Çempionluq intriqası “Der Klassiker”də məhv oldu - İCMAL
  • Dünən, 20:25
    Ayın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 19:54
    Millimiz Macarıstana məğlub oldu
  • Dünən, 19:33
    Klubu ilə anlaşa bilmədi
  • Dünən, 19:12
    "Şəfa"nın yeni prezidenti bəlli oldu - RƏSMİ
  • Dünən, 18:57
    "Təəssüflər olsun ki, cərimə meydançasının daxilində səhv etdik" - Fizuli Məmmədov
  • Dünən, 18:26
    Argentinalı əfsanə İkardini bu klubda görmək istəyir
  • Dünən, 18:05
    Komandası ÇL-ə vəsiqə qazansa...
  • Dünən, 17:44
    "Qış fasiləsində müəyyən tələblərim olsa da, alınmadı" - Saşa İliç
  • Dünən, 17:23
    AFFA nümayəndələri UEFA-nın baş qərargahında
  • Dünən, 16:52
    "Emrelidən bütün potensialını ortaya qoymağə tələb edirəm" - Mahir bu gün qol vuracaqmı?
  • Dünən, 16:31
    Paytaxtda əsl futbol trilleri - İCMAL
  • Dünən, 16:10
    Son dəqiqə: Əliyar Ağayevlə Nicat İsmayıllı artıq Bakıdadı!
Daha çox
Oxunub: 406
Fariz Yusifovdan "Şamaxı" - "Neftçi" matçının baş hakiminə irad - penalti epizodunda səhv tapıldı!
Oxunub: 302
Qurban Qurbanovun “Qarabağ”dan göndərəcəyi ilk futbolçu bilindi! – uğursuz transfer yola salınır
Oxunub: 276
“Şəfa”dan prezident də getdi, Əfran İsmayılov da! - "Klubun strategiyası budu, bir-iki il sonra dəyişiklik də ola bilər”
Oxunub: 228
Murad Məmmədov “Neftçi”dən ayrılır!
Oxunub: 215
Heç-heçə? Yox, “Sabah”ın qələbəsi, “Qarabağ”ın məğlubiyyəti!
Oxunub: 197
“Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə