Türkiyənin 1-ci liqasında 35-ci turun görüşləri keçirilir.
"Football-plus.az" xəbər verir ki, Coşqun Diniyevin formasını geydiyi "Çorum" səfərdə "Amedspor" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Həmyerlimiz bu matçda ehtiyatda qalıb.
35 turdan sonra 51 xal toplayan "Çorum" 10-cu pillədə qərarlaşıb.