Coşqunun komandası səfərdə xal qazandı

30.03.2025 13:55 8
Dünya futbolu
Coşqun Diniyev Türkiyənin 1-ci liqasında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 31-ci tur çərçivəsində səfərdə "Pendikspor"la qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Coşqun da bu görüşün iştirakçısı olub. O, bu matça ehtiyatda başlayıb və 46-cı dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, "Çorum" turnir cədvəlində 46 xalla 7-ci yerdədi.