"Hünər" təlim-məşq bazasının meydançalarından biri hazırdı

19.04.2025 21:37 37
Ölkə futbolu
"Turan Tovuz"un Kürdəxanıda yerləşən "Hünər" təlim-məşq bazasının inşası çərçivəsində standart ölçülü təbii örtüklü meydançalardan biri istismara hazırdı.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tələb olunan bütün standartlara cavab verən meydança, məşq və yoxlama oyunlarını keçirmək üçün zəruri otaqlar və avadanlıqlarla təmin olunub.