Mahir Emreli Almaniyanın 2-ci bundesliqasında növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Nürnberq" 28-ci turda öz meydanında "Hamburq"u qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizimki də bu matçın iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana daxil olub. 28 yaşlı futbolçu 78-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Nürnberq" 41 xalla 9-cu yerdədi.