Mahirin komandası uduzdu

30.03.2025 19:27 27
Dünya futbolu
Mahir Emreli Almaniyanın 2-ci bundesliqasında bu gün keçirilən “Yan Reqensburq” - “Nürnberq” matçının iştirakçısı olub.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz ehtiyat heyətdə yer alıb, 78-ci dəqiqədə isə Janis Antistin əvəzinə meydana daxil olub. Emreli qol vura bilməyib.

Onun komandası isə 11-ci dəqiqədə Antistin qolu ilə hesabda önə keçsə də, sonradan 2 qol buraxaraq uduzub - 1:2.

27 oyundan sonra 41 xalı olan “Nürnberq” 8-ci yeri tutur.