“Musaya baxanda Nəriman daha tez...” – o, parlaq legioner karyerası qurmağa qadirdimi?

31.03.2025 17:27 110
Aktual / Ölkə futbolu
"Qarabağ"ın futbolçusu Nəriman Axundzadəyə “Molde”nin “elçi düşdüyünü” xəbər vermişdik. Amma bu transferi tamamlamaq mümkün olmadı.

Bəs Nərimanın futbolçu keyfiyyətləri ona Norveçdə və ya Avropanın hansısa başqa ölkəsində özünü göstərməyə imkan verirmi? Ümumiyyətlə, Nəriman parlaq legioner karyerası qurmağa qadirdimi? Bu sualları təcrübəli menecer Erkin İbrahimova ünvanladıq:
“Nərimanın xarakterinə bələd deyiləm. Musa Qurbanlıya baxanda kollektivə daha tez uyğunlaşa bilən futbolçudu. Skandinaviyada həyat tərzi çox fərqlidi. Futbolçudan çox şey asılı olacaq. Xarakterinə bələd olmadığıma görə qəti fikir söyləmək çətindi”.
ƏSƏD SEYİDOV