Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan U-17 millimiz ikinci yoxlama görüşünü keçirib.
"Football-plus.az" xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında Belarus seçməsi 3:0 hesablı qələbə qazanıb.