Qərarını Messiyə görə verdi

25.03.2025 23:16 8
Dünya futbolu
Nəhayət, Pol Poqbanın yeni klubu müəyyənləşib.
Hazırda azad agent olan fransalı yarımmüdafiəçi tezliklə meydana qayıtmağa hazırlaşır. “Fichajes”in yaydığı xəbərə görə, 32 yaşlı futbolçu “İnter Mayami”yə keçməyə qərar verib. Məlumatda onun ABŞ klubu ilə danışıqlarının yekunlaşmaq üzrə olduğu da bildirilir. Poqbanın qərarına Lionel Messinin “İnter Mayami”də çıxış etməsi də təsir edib.

Polun sonuncu klubu “Yuventus” olub. İtaliya klubu onunla müqaviləni ötən ilin oktyabrında pozub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul