• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Belə komandalar önündə xəyal qurmağa ehtiyac yoxdu" - Mahir DÇ ümidlərini "dəfn etdi"?

Manşet / Müsahibə

25-03-2025, 15:0

Millimiz yoldaşlıq görüşündəki rəqibi Belarus yığması ilə sonuncu dəfə 2022-ci ilin iyun ayında qarşılaşıb.

UEFA Millətlər Liqası çərçivəsində “Liv Bona Dea Arena”da baş tutan oyunda meydana sonradan daxil olan Mahir Emreli 1 qol və 1 məhsuldar ötürmə ilə komandamızın 2:0 hesablı qələbəsində önəmli pay sahibi olub.

Hazırda Almaniyada “Nürnberq” klubunun formasını geyən 27 yaşlı hücumçu AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

"Football-plus.az" xəbər verir ki, o, həm üç il əvvəlki matçı xatırlayıb, həm də millinin qarşıdakı oyunları barədə danışıb.

- Almaniyada işləriniz necə gedir? “Nürnberq”ə və 2-ci bundesliqaya tam uyğunlaşa bilmisiz?
- Hər şey çox yaxşıdı. Mövsümün əvvəlindəki təlim-məşq toplanışında iştirak edə bilməmişdim. Amma qış hazırlığında kollektivlə birgə oldum. Bir-birimizə daha yaxşı uyğunlaşmaq imkanımız yarandı. Oyundan-oyuna artırmaq və komandama daha faydalı olmaq istəyirəm.

- Baş məşqçi Miroslav Kloze öz dövrünün ən güclü hücumçularından biri olub. Ön xətt oyunçusu kimi, ondan öyrəndiyiniz hansısa xüsusiyyət var?
- Onunla fərdi məşqlər də edirik. Müxtəlif məqamlara toxunur, təcrübəsini bizimlə bölüşür. Bunun da faydalarını oyunlarda görürük. Kloze ilə işləmək çox xoşdu. Hücumçuya xüsusi həzz verir, hər məşqdə, iclasda, fərdi söhbətdə baş məşqçidən nələrsə öyrənməyə çalışırıq.

- 2-ci bundesliqa daha əvvəl çıxış etdiyiniz liqalardan nə ilə fərqlənir?
- Burada intensivlik, fiziki göstəricilər və rəqabət böyükdü. Polşa və Xorvatiyada olanda həmin ölkələrin çempion komandalarında çıxış edirdim. Rəqiblər istər-istəməz bizə qarşı qapanırdılar, oyuna dominantlıq edirdik. Amma burada digərindən aşkar üstün komanda yoxdu. Hər bir komanda öz oyununu göstərməyə çalışır və matçlarda kifayət qədər qol imkanı əldə edir. 2-ci bundesliqada, xüsusən də, topsuz olduğun zaman nizam-intizama çox önəm verirlər. Bu da mənim üçün yeni haldır. Çünki əvvəlki klublarım çempionatın ən yaxşısı olduğundan, topsuz oyuna o qədər də fikir vermirdim. Burada taktiki sxemə, intizama ayaq uydurmalısan və məşqçinin xüsusən topsuz olduğun zaman verdiyi tapşırıqları yerinə yetirməlisən.

- Polşa, Xorvatiya, Türkiyə və Almaniyada legioner həyatı yaşamısınız. Ölkə xaricində oynamaq necə hissdi, azərbaycanlı həmkarlarınıza nəyi tövsiyə edərdiniz?
- Hər bir futbolçu üçün xeyirlisi nədisə, o da olsun. Kiminsə legioner həyatı yaşamaq arzusu varsa, çəkinmədən bunu reallaşdırsın, düşünməsin ki, xaricdə mədəniyyət fərqlidi. Özlərini bu yöndə inkişaf etdirsinlər, ən önəmlisi inansınlar. Azərbaycan çempionatında yaxşı çıxış edən oyunçular var ki, orada özlərini daha rahat hiss edirlər. Ancaq xaricə getmək arzusu ilə yaşayan uşaqlar əllərinə belə fürsət düşən kimi, düşünmədən dəyərləndirsinlər. Ən azı özlərini yoxlasınlar. Sonra peşmanlıq çəkməsinlər ki, şans düşdü, istifadə etmədim. Ümid edirəm ki, futbolçularımız daha yaxşı klublarda çıxış edəcəklər.

- Millimiz bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. Tanış rəqiblə növbəti duel nə kimi fayda verə bilər?
- Millidə olduğum zaman oyunun rəsmi və ya yoldaşlıq görüşü xarakterli olması arasında fərq qoymuram. Düzdü, yoldaşlıq matçlarında bəzi taktiki sxemlər, oyunçular sınaqdan keçirilir. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq. Xüsusən də, Belarus kimi “dişimizə” görə olan komandaların önünə qələbə üçün çıxmaq vacibdi. Belə qarşılaşmaların necə fayda verəcəyini isə rəsmi oyunlarda görəcəyik. Ümid edirəm ki, həmin görüşlərdən maksimum yararlanar, xalqımız üçün yaxşı futbol nümayiş etdirər və onların üzünü güldürərik. Bütün istəyimiz sırf bu yöndədi. Əlbəttə ki, uğur qazandığın zaman tarixə düşürsən və biz də bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik.

- 2022-ci ildə UEFA Millətlər Liqası çərçivəsində Belarus seçməsini Bakıda 2:0 hesabı ilə məğlub etdiyimiz qarşılaşmada qollardan birinin müəllifi olmusuz. Həmin matçı necə xatırlayırsınız?
- Həmin görüşü yaxşı xatırlayıram. İlk dəqiqələrdən ehtiyatda qaldığım üçün bir az əsəbi, narazı idim. Etik çərçivədə, futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldı. Amma sonradan meydana daxil olaraq, bir qol vurdum və digər qolun məhsuldar ötürməsini verdim. Vurduğum qol gözəl alınmışdı. Ümid edirəm ki, millinin heyətində belə qollar daha çox vuraram. Həmin ana qədər 5 matç idi ki, nə qol vura, nə də qələbə qazana bilirdik. Belarusla qarşılaşmadan sonra yüksəlişə keçdik, ardıcıl 5 oyunda qələbə qazandıq.

- Bu il DÇ-2026-nın seçmə mərhələsində mübarizə aparacağıq. Ukrayna, İslandiya və Fransanın yer aldığı qrupda nəyə ümid etmək olar?
- Rəqiblərin gücü bəllidi. Belə komandalar önündə xəyal qurmağa ehtiyac yoxdu. Sadəcə, düzgün hazırlaşıb, meydana qələbə üçün çıxmalıyıq. Futbolda qalibiyyət də var, məğlubiyyət də. Ancaq bəzən necə uduzmağın da vacib olur. Elə olur ki, canını dişinə sıxıb mübarizə aparırsan, yaxşı oyun sərgiləyirsən, amma sonda məğlub olursan. Bu, haradasa bağışlana bilər. Bizdə insanların futbol anlayışı gündən-günə yaxşılaşır. Məsələn, Slovakiyaya məğlubiyyətə baxmayaraq, matçdan sonra pozitiv şərhlər yazılırdı. Rəqibləri təhlil edib, hər birinə qarşı doğru hazırlaşmalıyıq. Keyfiyyət fərqi də öz sözünü deyəcək. Düşünürəm ki, sensasiya edəcəyimiz matçlar olacaq. Hər oyuna çıxanda buna inanmaq və baş məşqçinin tapşırıqlarını doğru yerinə yetirmək lazımdır. Bunu bacarsaq, istənilən uğurlu nəticəyə ümid edə bilərik.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-10-2024, 22:0

Mahir Almaniyada ilk qolunu vurdu!

Aktual / Dünya futbolu

31-10-2024, 10:0

Mahir Emreli Almaniyada üçüncü qolunu vurdu! - YENİLƏNİB

Dünya futbolu / Manşet

22-02-2025, 12:0

Mahir Emreli bütün körpüləri yandırıb

Aktual / Ölkə futbolu

27-10-2024, 09:0

"Bunu Almaniyada bilmirlər..." - almaniyalı jurnalist Mahirin sirrini yaydı

Dünya futbolu / Manşet

13-02-2025, 14:0

Mahir Emreli “Nürnberq”dən ayrıldı – son dəqiqə

Aktual / Dünya futbolu

3-11-2024, 15:0

Mahir “Hamburq”a qarşı: tilsim var, tilsim!

Aktual
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
Son xəbərlər
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
  • Bu gün, 10:53
    Seneqal və Misirə ulduz qadağası
  • Bu gün, 10:32
    Mbina daha üç il "Sabah"da
  • Bu gün, 10:22
    "Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
  • Bu gün, 10:00
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Bu gün, 09:06
    Daha iki heç-heçə - DÇ səhəri
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:25
    CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ
  • Dünən, 23:20
    Milli komandada yeni müqavilə
  • Dünən, 23:00
    İngilislər üçün böyük təhlükə
  • Dünən, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Dünən, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Dünən, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
  • Dünən, 21:07
    "Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
  • Dünən, 20:59
    Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
  • Dünən, 19:58
    ''Neftçi''nin sabiq ulduzu efirdə ağzına gələni danışdı! - ''11'' nömrə kimdi?''
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 276
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 261
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 226
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə