Ronaldoya 72 qol lazımdı

19.03.2025 22:59 9
Dünya futbolu
Kriştiano Ronaldo meydana çıxdığı son matçda növbəti qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 25-ci turunun “Əl-Xolood”a (3:1) qarşı keçirilən matçında rəqib qapısına yol tapıb.

O, bununla da karyerasında vurduğu qolların sayını 928-ə çatdırıb. İndi 40 yaşlı ulduz futbolçunu 1000 qol həddindən 72 top ayırır.

Qeyd edək ki, dünya futbolu tarixində ən çox qol vuran ikinci futbolçu Lionel Messidi. Argentinalı hücumçu indiyədək 853 dəfə rəqib qapılarına yol tapıb.

İlk üçlüyə 762 qolla Braziliya yığmasının sabiq hücumçusu Pele də daxildi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul