“Football-plus.az” xəbər verir ki, komandanın baş məşqçisi Miroslav Kloze də gözünü ona dikib. Mütəxəssis Mahirlə bağlı ümid işığı axtarışındadı. O, bu barədə danışarkən Emrelinin özünü yaxşı tərəfdən göstərməsinin vacibliyini vurğulayıb:
“Onunla növbəti dəfə söhbət etdim. Mahiri nəyəsə görə günahlandırmaq yerinə düşməz. Məşqlərdə iştirak edir. Amma bu, mənim üçün yetərli deyil. Meydana çıxmaq istəyirsə, bunu hiss etdirməlidi. Hazır olduğunu göstərməlidi. Onun hələ də şansı var. Hər şey Mahirdən asılıdı. Oynamaq istədiyini sübut etsə, ona niyə şans verməyim ki?!”
Xatırladaq ki, Mahir 2-ci bundesliqanın son iki turunda “Nürnberq”in iştirak ərizəsinə salınmayıb.
KƏNAN BAHADIR





