Holannın zədəsi nə dərəcədə ciddidi?

17.02.2025 19:59 300
Dünya futbolu
Erlinq Holannın “Nyukasl” ilə matçda əvəzlənməsi komandasında narahatlıq doğurub.

“Mançester Siti”nin aparıcı hücumçusu 87-ci dəqiqədə yerini Mateus Nuneşə verib. Amma baş məşqçi Xosep Qvardiola norveçli futbolçunun diz zədəsinin o qədər də ciddi olmadığını bildirib. O, komandasının 4:0 hesablı qələbəsi ilə nəticələnən oyundan sonrakı mətbuat konfransında belə deyib:

“O, qazona yıxılanda hamımız narahat olduq. Amma meydanı gülərüz tərk etdi və həkim də mənə pis bir açıqlama vermədi. Odu ki, Erlinqin vəziyyətinin o qədər də ciddi olmadığını düşünürəm”.