• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” Talişkaya "dünya"ları verib - detallar

Dünya futbolu

4-02-2025, 14:0

Qış transfer dönəminə sürətli start verən “Fənərbaxça” Dieqo Karlos və Milan Şkrinyarın ardından fanatların ürəyinə yağ kimi yayılan daha bir keçidi rəsmiləşdirdi.

Uzun müddətdi “Əl-Nəssr” ilə danışıqlar aparan İstanbul nəhəngi Anderson Talişkanı heyətinə qatmağı bacardı. Daha öncə Türkiyədə iki mövsüm “Beşiktaş”da forma geyən və hətta çempionluq sevinci də yaşayan tanınmış braziliyalı futbolçu bazar ertəsi axşam saatlarında İstanbula ayaq basdı. O, hava limanında böyük izdihamla qarşılandı. Ertəsi gün isə bu transfer klub tərəfindən rəsmən açıqlandı.

30 yaşlı futbolçu ilə ilyarımlıq müqavilə imzalandı. Talişka “sarı-lacivərdlilər”də “94” nömrəli forma ilə çıxış edəcək. “Fənər”in rəsmi açıqlamasında keçidin maliyyə detalları barədə məlumat verilmədi. Amma qeyri-rəsmi mənbələrə inansaq, “Fənər” son anda “Qalatasaray”ın da təklif göndərdiyi Talişkanı transfer edə bilmək üçün ona belə desək, dünyaları verib. Həmin “dünyalar” belə səslənir.

* “Əl-Nəssr”ə 15,5 milyon avro təzminat.
* İlyarım ərzində Talişkaya ümumilikdə 22,5 milyon avro maaş.
* Xüsusi sürücü, aşpaz, iki köməkçi.
* Ən son model lüks VİP maşın.
* Braziliyaya səhayət üçün ildə bir neçə dəfə olmaqla “biznes-klass” təyyarə bileti.
* 400 min dollar dəyərində ev kirayəsi dəstəyi.
* Uşaqların təhsil və digər ödənişləri üçün lazım olan məbləğ.


Düzdü, Talişkanın “şor-çörək” qiymətinə Türkiyəyə gələcəyi gözlənilmirdi. Çünki o zatən Səudiyyə Ərəbistanında cənnətdəki kimi yaşayır və milyonlar qazanırdı. Amma yuxarıda sadalanan şərtlər Türkiyə reallığı üçün bir qədər ağır görünür. Hərçənd yenə də qeyri-rəsmi mənbələrə inansaq, İkardi və Osimhen “Qalatasaray”da illik 10 milyon avro qazanır. Rəsmi olaraq isə onların maaşı 6 milyon avro göstərilir.

İlk açıqlamalarını “Fənər”in rəsmi kanalına verən Talişka bunları deyib:

“Deyə biləcəyim ilk kəlmə minnətdarlıqdı. Bütün bu müddət ərzində “Fənər” mənə münasibətdə çox özəl davrandı və sonda bu klubun formasını geydim. Bu, mənim üçün böyük qürurdu. Çox xoşbəxtəm, əlimdən gələnin ən yaxşısını etmək üçün motivasiyalıyam. Fanatlarımıza da mənə göstərdiyri sevgiyə görə təşəkkürümü bildirirəm. Bu komandanı dəstəkləməkdə davam etsinlər. Məncə, yetərincə yaxşı komandamız var. Bu komanda böyük uğurlar qazanmağa qadirdi. Oyunçular motivasiyalıdı. Çox gözəl şəkildə qarşılandım. Mənim üçün özəl anlar idi və bunu həmişə qəlbimdə yaşadacam. Bu klubu təmsil etmək mənim üçün böyük qürur və məsuliyyət olacaq”.

Maraqlıdı ki, “Fənərbaxça” PSJ-dən 6 aylığa icarəyə götürdüyü Şkrinyarın da keçidinin detallarını açıqlamaq istəmədi. Burda da, sadəcə, iddialara əsalanmalı olacağıq.

Həmin iddialara görə, slovakiyalının PSJ-də yarım mövsümlük maaşı olan 3,25 milyon avro “Fənər” tərəfindən ödəniləcək. İcarə haqqı və bonuslarla birlikdə bu transfer cəmi 6 ay üçün “Fənərbaxça”ya təxminən 5 milyon avroya başa gələcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-01-2025, 10:0

''Fənərbaxça'' axır ki, Talişkaya qovuşdu!

Dünya futbolu

13-12-2024, 19:0

Talişkanın meneceri ''Fənərbaxça'' haqda nə dedi?

Dünya futbolu

20-11-2024, 10:0

''Fənərbaxça'' bu futbolçunu ərəblərə vermək istəmir

Dünya futbolu

25-12-2024, 16:0

''Fənərbaxça'' Talişkaya qovuşmaq üzrədi

Dünya futbolu

22-06-2023, 12:0

Ceko ''Fənərbaxça'' üçün İstanbula gəldi

Dünya futbolu

30-12-2024, 15:0

Talişka ''Fənərbaxça''ya gələsi olmadı!

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə