MY-ni rəsmən tərk etdi

28.01.2025 23:38 262
Dünya futbolu
Antoninin “Mançester Yunayted”i tərk edəcəyi haqda xəbər doğru çıxıb.

Braziliyalı futbolçu İspaniyaya yollanıb. MY onu “Betis”ə icarəyə verib. 24 yaşlı hücumçu sevilyalıların formasını mövsümün sonuna qədər daşıyacaq.

Antoni MY-də 2022-ci ildən çıxış edir. O, bu mövsüm komandada 8 oyun keçirib və heç bir məhsuldar fəaliyyət göstərməyib.