Antoninin aqibəti qismən müəyyənləşdi

14.09.2023 23:30 177
Dünya futbolu
Antoninin aqibəti qismən müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” hücumçunu İngiltərə çempionatının cari mövsümü üçün heyətə daxil edib. Xatırladaq ki, rəhbərlik sentyabrın 10-da 23 yaşlı futbolçunun bir neçə qıza qarşı zorakılıq etməsi ilə bağlı iddialara görə komanda ilə məşqlərdən uzaqlaşdırmışdı. Braziliyalı futbolçu özünü təqsirkar hesab etmir və ona şər atıdığını vurğulayır.

Antoni MY-də 2022-ci ilin avqustundan çıxış edir. O, bu mövsüm komandada 4 matç keçirib.