• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"12 futzalçı ola bilərik, amma 10 milyonluq Azərbaycan kimi qalib bir ölkəni təmsil edirik"

Aktual / Müsahibə

26-01-2025, 13:0

Avropa çempionatının ilkin mərhələsində ilk oyununu keçirən 19 yaşadək futzalçılardan ibarət millimiz Kosovonu məğlub edib.

"Football-plus.az" xəbər verir ki, 4:1 hesabı ilə yekunlaşan görüşdə dubl edən və əzmkar oyunu ilə seçilən millimizin üzvü Ədalət Ələkbərovun Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə üsahibə verib.

- Oyunla bağlı təəssüratlarını bölüşərdin...
- Çətin görüş oldu. Bura niyə gəldiyimizi bilirdik. Bakıda olanda da federasiya rəhbərliyi komanda ilə görüşündə mərhələ keçməyin vacibliyini qeyd etdi. Əlbəttə, biz də bu etimadı doğrultmalı idik.

- Sanki iki fərqli hissə oldu. Fasilədə baş məşqçi nələrə diqqət etməyi tapşırdı?
- San Marinoya dünən gəldik. Əlbəttə, bu qədər yol qət etmək, ardınca məşqə çıxmaq müəyyən qədər yorğunluq yaratmışdı. Məşqçilər əllərindən gələni etdilər ki, oyuna yaxşı köklənək. Birinci hissədə yorğunluğun bir qədər təsiri oldu. Ancaq fasilədə toparlana bildik. Deməzdim həyəcanlı idik. Düzdü, bu cür oyunda ilk dəfə iştirak edirdik. İkinci hissədə demək olar, onlara heç bir şans vermədik. Lazımlı, vacib qələbə qazandıq. İndi bunun davamını gətirməliyik. Hələ işin yarısını görmüşük. Daha vacib oyun San marino ilə matçdı.

- Bu U-19-un ilk qələbəsi kimi tarixə düşdü. Statistika necə, motivasiya baxımından təsir etdimi?
- Biz burada 12 futzalçı ola bilərik, amma 10 milyonluq Azərbaycan kimi qalib bir ölkəni təmsil edirik. Gözəl ölkəmizə ancaq qələbələr yaraşır. Bunu bacardığımıza görə çox şadıq. Ancaq rahatlaşmaq olmaz.

- Dubl etdin. Hər iki qoldan sonra xüsusi jestlə diqqət çəkdin. Bu qolları kimə ithaf etdin?
- Dünyasını dəyişən atamın adının baş hərfini – M (atasının adı Məzahirdi) - tutdum. Əvvəlcədən söz vermişdim, hətta ailəmə - anama, qardaşıma, bacıma bildirmişdim ki, qol vursam, bu jesti edəcəm. Çox şükürlər olsun ki, ilk növbədə qələbə qazandıq və mən də arzuma çatdım. Valideyinin əziyyətini heç bir övlad itirə, unuda bilməz.

- Növbəti rəqib meydan sahibi San Marinodu. Onların oyununu izləmisiniz. Bu rəqiblə bağlı nələri qeyd etmək istərdin?
- Bizim üçün dəyişən rəqibin adıdı, amma oyuna yanaşma, intizam yerində olacaq. Bu gün qələbə qazandıq. Artıq bunu unutmalıyıq. Çünki ikinci oyun da önəmlidi. Məqsədə çatmaq üçün meydanı qalib tərk etməliyik. San Marino meydan sahibidir, azarkeşləri qarşısında oynayacaq. Biz də öz oyun üslubumuza sadiq qalacağıq, qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

Paylaş:
Digər xəbərlər

İdman

14-01-2023, 22:0

Millimiz məğlub oldu

Yığma

27-10-2022, 20:0

Millimiz yenə məğlub oldu

İdman

26-01-2025, 11:0

"Bu U-19-un Avropa çempionatında ilk qələbəsi kimi tarixə düşdü" - İlqar Aslanov

Yığma

25-03-2023, 20:0

Millimiz məğlub oldu

Yığma

10-10-2022, 16:0

Millimiz son oyununda da məğlub oldu

Yığma

17-03-2024, 17:0

Millimiz məğlub oldu

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə