“Yuventus”dan ayrılmaq qərarına gəldi

25.01.2025 13:50 265
Dünya futbolu
Danilo “Yuventus”dan ayrılmaq qərarına gəlib.

Bu məlumatı Fabritsio Romano yayıb. Məşhur insayder braziliyalı müdafiəçinin vətəninə qayıtmaq istədiyini də xəbər verib. Danilonun “Flamenqo”da oynamaq şansı var.

33 yaşlı futbolçu İtaliya klubunda 2019-cu ildən çıxış edir. Onun “Yuventus” ilə müqaviləsinin müddəti yaya qədər nəzərdə tutulub. Qeyd edək ki, Danilo bu ilin əvvəlindən komanda ilə birgə məşq etmək imkanından məhrum edilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul