Yeni müqaviləyə qol çəkəcək

16.01.2025 19:50 298
Dünya futbolu
Andre Zambo Angissa tezliklə “Napoli” ilə yeni müqavilə imzalayacaq.

“Relevo” nəşrinin jurnalisti Matte Morettonun öz sosial şəbəkələrində verdiyi məlumata görə, İtaliya klubu ilə 29 yaşlı kamerunlu yarımmüdafiəçi arasında aparılan danışıqların müsbət nəticələnmək ehtimalı çoxdu.

Andre bu mövsüm “Napoli”nin heyətində 22 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.