Əlbəttə, bunun üzərindən gülüb keçmək də olardı. Amma braziliyali haqda belə xəbərlərin yayılması boşuna deyil. Bir çoxları düşünür ki, məqsəd futbolçunun transfer qiymətini qaldırmaqdı.
Maraqlıdı, “Qarabağ” bu kimi xəbərləri necə qarşılayır? Sualı Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə ünvanladıq. Onun “Football-plus.az”a cavabı isə belə oldu:
“Bu, sadəcə, azarkeşlərin bəyənməsini almaq, diqqətini çəkmək üçün yazılmış postdu. Buna nə münasibət bildirmək olar? Baxanda avtomatik söhbətin nədən getdiyini, nəyə yönəldiyini başa düşmək olur. Boş şeylərdi”.
RÖYANƏ OĞUZ





