“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli meydançanın yararsız duruma düşdüyünü söyləmişdi.
Yeri gəlmişkən, “Araz-Naxçıvan”ın da əvəzediciləri ev oyunlarını “ASK Arena”da keçirir. Görəsən, futbolçular meydançanın durumuna görə əziyyət çəkirmi? Sizin tapşırıqlarınızı həmin meydançada yerinə yetirə bilirlərmi? Meydançanın durumu necədi?
Bu sualları “Araz-Naxçıvan-2”nin baş məşqçisi Zaur İsmayılova ünvanladıq:
“Onların necə fikirləşdiyini bilmirəm. Meydanda xətlər əmələ gəlmişdi. Mənim tapşırıqlarımı bir qırağa qoyaq, bu durum futbolçular üçün təhlükəlidi. Meydançada problem var. Biz o stadiona oyundan-oyuna gəlirik. Tərk edirlərsə, deməli, durum pisdi. Hələ də düzəliş olmayıbsa, durum elədi”.
ƏSƏD SEYİDOV






