Nunu Mendeş artıq PSJ-də qalmaq istəmir.
O, klubun yeni müqavilə ilə bağlı təklifini qəbul etməyib.
Rəhbərlik müdafiəçiyə yeni – daha cəlbedici təklif irəli sürməyi düşünür. Lakin gənc futbolçunun başqa klublardan təklif gözlədiyi iddia edilir.
Mendeşin “Mançester Yunayted”in maraq dairəsində olduğu məlumdu. O, bu mövsüm Fransa çempionatında 9 oyun keçirib.