Komandalar artıq qış fasiləsinə yollanıb. Bəs bu gün hansı komandalar güclənməyə daha çox ehtiyac duyur? Hansı komandalar avrokuboklara vəsiqə uğrunda mübarizədə daha şanslı görünür? “Football-plus.az”ın suallarını menecer Erkin İbrahimov cavabladı:
“Hətta “Qarabağ”ın da müdafiəçisi yoxdu. Yuxarı-aşağı hamının güclənməyə ehtiyacıı var. “Araz-Naxçıvan”ın avrokuboklarda olacağını demək olar. Ötən mövsüm “Zirə”də ilk yarıda xeyli xal yığmışdı. Sonra neçə oyun qalib gələ bilmədi. Amma yenə də rəqiblər o xal fərqini “əridə” bilmədi. “Araz-Naxçıvan” da, məncə, Avropadakı yerini təmin edib. Kubok yolu ilə avrokuboklara düşmək uğrunda çox amansız mübarizə gedəcək. Güclənmə hər bir komandaya lazımdı. Bəlkə “Zirə” o qədər də ehtiyac duymur. Onlarda hər mövqedə futbolçu var. Bəlkə də bir futbolçu alalar”.
ƏSƏD SEYİDOV






