Ölkəmizi Avropa kuboklarında 4 klubun təmsil edəcəyi bəllidi.
“Football-plus.az” xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasında, “Zirə” Avropa Liqası, “Sabah”la “Sumqayıt” isə Konfrans Liqasında yarışacaq. Avrokuboklara qatılacaq komandaların güclənmə səviyyəsindən razısızmı, yoxsa çox ləng davranırlar? Bu sualları təcrübəli menecer Vaqif Heydərliyə ünvanladıq:
“Qarabağ”ın kifayət qədər heyəti var. “Köhlən atlar”ın tələsməsi üçün o qədər də ehtiyac yoxdu. “Zirə” başqalarıyla müqayisədə fəal olsa da, onların da transferə ehtiyacı var. “Sabah”la “Sumqayıt”ın kimlərləsə razılaşması barədə bəlli heç nə yoxdu. Yaxın günlərdə açıqlayacaqlar. “Qarabağ” heyətinə görə hazırdı. “Zirə” artıq bir neçə futbolçunun keçidini həll edib və daha aktiv görünür. Başqaları inanmıram ki, geciksinlər”.
ƏSƏD SEYİDOV