Meydanı göz yaşları ilə tərk etdi

23.12.2024 19:36 249
Dünya futbolu
Adriano yaşıl meydanı birdəfəlik tərk edib. Braziliya yığmasının sabiq hücumçusu üçün vida oyunu keçirilib.

“Marakana” stadionunda təşkil olunan matçda “Flamenqo”nun əfsanələri” və “İtalyan dostlar” qarşılaşıb. 42 yaşlı forvard hər hissədə bir komandanın formasında oynayıb və hər iki komandada 1 qol vurub. Matç “Flamenqo”nun əfsanələri”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. 30-cu dəqiqədə stadionun ekranında Adrianonun 2004-cü ildə dünyasını dəyişən mərhum atasının şəkli göstərilib. Atasının səsi süni intellekt vasitəsilə səsləndirilib. Adrianoya göndərilən mesaj onun göz yaşlarına səbəb olub.

Qeyd edək ki, məşhur sabiq futbolçu əslində karyerasını 2016-cı ildə başa vurub. İçki düşgünü olan Adriano futbolla 34 yaşında vidalaşıb. Avropada əsasən “İnter”dəki çıxışı ilə tanınan braziliyalı İtaliyada “Parma”, “Fiorentina” və “Roma”da da oynayıb. Onun Braziliya yığmasında 51 oyuna 29 qol vurduğunu da xatırladaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul