"Zirə"nin rəqibləri bilindi

23.12.2024 14:16 325
Ölkə futbolu
“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.

"Football-plus.az" xəbər verir ki, komanda yanvarın 2-də bir araya gələcək. Hazırlığını Bakıda keçəcək “qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Paytaxt klubu yanvarın 9-da “Şamaxı”, 12-də isə “Qarabağ”la qarşılaşacaq.